Qanunvericilik › Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. Deputatın vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul olunmaq hüququ

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Deputatlıq fəaliyyəti məsələləri ilə əlaqədar olaraq deputat Sovetin ərazisində dövlət orqanlarının və ictimai orqanların, müəssisə, idarə və təşkilatların rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul olunmaq, habelə deputat vəsiqəsini göstərməklə bütün dövlət orqanlarına və ictimai orqanlara, müəssisələrə, idarələrə, təşkilatlara maneəsiz buraxılmaq hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver