Qanunvericilik › Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Qanunun pozulması halını aradan qaldırmağı deputatın tələb etmək hüququ

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Deputat qanunun, vətəndaşların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin pozulması halını dərhal aradan qaldırmağı tələb etmək, zəruri hallarda isə pozuntuya son qoymaq barəsində müvafiq orqanlara və vəzifəli şəxslərə tələblə müraciət etmək ixtiyarına malikdir.

Deputatın tələblə müraciət etdiyi dövlət orqanlarının və ictimai orqanların, müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri pozuntunun aradan qaldırılması üçün, zərurət olduqda isə müqəssirlərin məsuliyyətə cəlb olunması üçün dərhal tədbirlər görməli, sonra da bu barədə deputata məlumat verməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver