Qanunvericilik › Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Genetik məlumatların məhv edilməsi

Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Könüllü dövlət genom qeydiyyatının aparılması nəticəsində alınmış genetik məlumatlar onun saxlanılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qeydiyyatı keçmiş şəxsin, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış vətəndaşlara və yetkinlik yaşına çatmayanlara münasibətdə isə onların qanuni nümayəndələrinin yazılı ərizələrinə əsasən məhv edilir. Müvafiq icra hakimiyyəti orqanı genetik məlumatları məhv edərək bu barədə 30 gündən gec olmayaraq ərizəçiyə məlumat verir.

18.2. Məcburi dövlət genom qeydiyyatının aparılması nəticəsində alınmış genetik məlumatlar bu Qanunun 17-ci maddəsində göstərilən saxlama müddətləri keçdikdən sonra məhv edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver