Qanunvericilik › Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Daktiloskopik və genetik məlumatlardan istifadə hüququ

Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, miqrasiya orqanları daktiloskopik və genetik məlumatlardan istifadə etmək hüququna malikdirlər.

19.2. Daktiloskopik məlumat bankında və DNT məlumat bankında saxlanılan məlumatlar xarici dövlətlərin dövlət orqanlarına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver