Qanunvericilik › Azərbaycan Respublikasında əməyin ödənilməsinin minimum məbləğinin artırılması haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasında əməyin ödənilməsinin minimum məbləğinin artırılması haqqında Azərbaycan Respublikasının Qanunu
4 maddə · hər maddənin tam mətni
- 1Büdcədən maliyyələşdirilən idarə və təşkilatlarda çalışan işçilərin qanunvericiliklə təyin olunan minimum əmək haqqının məbləği Azərbaycan Respublikası ərazisində 1992-ci il dekabrın 1-dən ayda 250 manat (2.500 rubl) müəyyən edilsin.
- 2Müəyyən olunsun ki, qəbul olunmuş minimum əmək haqqından və vətəndaşların ona bərabər miqdarda digər gəlirlərindən vergi tutulmur.
- 3Pensiyaların, təqaüdlərin minimum məbləği və eləcə də büdcədən maliyyələşdirilən idarə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşları və tarif dərəcələri əməyin ödənilməsinin minimum məbləğinə uyğunlaşdırılsın.
- 4Bu Qanun qüvvəyə mindiyi andan Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş cərimələr minimum əmək haqqının 250 manatdan (2.500 rubl) ibarət olan məbləği əsas götürülməklə hesablansın.