Digər müəssisə, idarə və təşkilatlar bu maddənin birinci hissəsində müəyyənləşdirilmiş minimum əmək haqqının məbləğini 1992-ci il dekabrın 1-dən xüsusi vəsaitləri hesabına tətbiq edirlər.
Minimum əmək haqqının məbləğinə əmək haqqına əlavələr və artırmalar, habelə mükafatlar və digər həvəsləndirici ödənclər daxil edilmir.