Qanunvericilik › Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Daxili qoşunların hərbi qulluqçuları tərəfindən nəqliyyat vasitələrinə daxil olma

Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Daxili qoşunların hərbi qulluqçuları aşağıdakı hallarda nəqliyyat vasitələrinə daxil ola bilərlər:

17.1.1. insanların həyatını xilas etmək zərurəti yarandıqda;

17.1.2. fövqəladə hallar və kütləvi iğtişaşlar zamanı insanların təhlükəsizliyinin və ictimai qaydanın qorunması vəzifələrini yerinə yetirdikdə;

17.1.3. cinayət törətmiş və ya cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldıqda;

17.1.4. cinayətlərin qarşısı alındıqda;

17.1.5. terror təhlükəsi barədə məlumat alındıqda;

17.1.6. fövqəladə halların nəticələri aradan qaldırıldıqda.

17.2. Nəqliyyat vasitəsinə daxil olma faktı ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyük rəisini və yerli polis orqanını dərhal məlumatlandırır.

17.3. Nəqliyyat vasitəsinə onun sahibinin məlumatı olmadan və ya iradəsi ziddinə daxil olma faktı qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadan protokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver