Qanunvericilik › Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Daxili qoşunların hərbi qulluqçuları tərəfindən ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olma

Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Daxili qoşunların hərbi qulluqçuları aşağıdakı hallarda ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə (diplomatik immunitetə malik olanlardan başqa) daxil ola bilərlər:

18.1.1. insanların həyatı xilas edildikdə və əmlakları təhlükədən qorunduqda;

18.1.2. cinayətlərin qarşısı alındıqda, cinayət törətmiş və ya cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldıqda;

18.1.3. fövqəladə və ya hərbi vəziyyət rejimi zamanı, habelə dini ekstremizm və terror əleyhinə xüsusi əməliyyatlar keçirildikdə.

18.2. Ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olma ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyük rəisini və yerli polis orqanını dərhal məlumatlandırmalıdır.

18.3. Ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olma faktı qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadan protokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver