Aşağıdakılar Azərbaycan Respublikasının dövlət, sərhədini pozanlar sayılır:
1) Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənarda hər hansı vasitə ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya keçməyə, cəhd göstərmiş, ya da sərhədkeçmə qaydalarını pozmaqla, o cümlədən gizli şəkildə, saxta və ya özgənin sənədləri ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədi keçmiş və ya keçməyə cəhd göstərmiş şəxslər;
2) Azərbaycan Respublikasından qanunsuz getmək məqsədilə xarici nəqliyyat vasitələrinə və ya Azərbaycan Respublikasının xaricə gedən nəqliyyat vasitələrinə minmiş və ya minməyə cəhd göstərmiş şəxslər;
3) Azərbaycan Respublikasının ərazi və daxili sularına, habelə sərhəd çaylarının, göllərinin və dikər sututarlarının Azərbaycan Respublikasına məxsus hissəsinə girmək qaydalarını pozaraq həmin sulara girən xarici qeyri-hərbi və hərbi gəmilər;
4) Azərbaycan Respublikasının sularında dövlət sərhədini su-altı vəziyyətdə keçən və ya Azərbaycan Respublikasının sularında sualtı vəziyyətdə olan və qalan xarici sualtı qayıqlar və dikər su-altı nəqliyyat vasitələri;
5) Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının müvafiq icazəsi olmadan Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya Azərbaycan Respublikasının dövlət sərhədini uçub keçmək qaydalarını başqa şəkildə pozmuş hava gəmiləri.
Müvafiq icazə olmadan və ya müəyyən edilmiş qaydanı pozmaqla Azərbaycan Respublikasının dövlət sərhədini hər hansı başqa texniki və ya dikər vasitələrlə keçmək də sərhədi pozmaq deməkdir.