Qanunvericilik › Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Azərbaycan Respublikasının sərhəd nümayəndələri

Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının dövlət sərhədi rejiminin qorunması ilə əlaqədar məsələləri həll etmək, habelə sərhəd münaqişələrini nizama salmaq üçün müvafiq icra hakimiyyəti orqanı öz zabitləri sırasından Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən hissələri üzrə Azərbaycan Respublikasının sərhəd nümayəndələrini təyin edir.

Azərbaycan Respublikası dövlət sərhədinin Azərbaycan Respublikasının xüsusi təyin edilmiş sərhəd nümayəndələri olmayan hissələrində onların funksiyalarını sərhəd mühafizə orqanlarının müvafiq hissələrinin komandirləri yerinə yetirirlər.

Azərbaycan Respublikasının sərhəd nümayəndələri Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrini, habelə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının qəbul etdikləri aktları rəhbər tuturlar.

Sərhəd nümayəndələri tərəfindən nizama salınmayan məsələlər diplomatik qaydada həll edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver