Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı sərhədboyu zona və sərhədboyu zolaq müəyyən edir.
Sərhədboyu zonanın hüdudlarını müvafiq icra hakimiyyəti orqanı sərhədyanı rayonların ərazisində, yerli şərait-dən asılı olaraq müəyyən edir. Müəyyən edilmiş sərhədboyu zonanın tərkibinə Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir.
Sərhədboyu zonada psixonevroloji dispanserlərin (xəstəxanaların) və islah-əmək müəssisələrinin yerləşdirilməsi qadağandır.
Eni 1 kilometrədək olan sərhədboyu zolaq bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədi xətti boyunca quru hissələrdə və ya: sərhədboyu çayların, göllərin və başqa sututarların sahilləri boyunca müəyyən-edilir. Azərbaycan Respublikası dövlət sərhədinin qorunması naminə müvafiq icra hakimiyyəti orqanı texniki çəpərlərin düzəldilməsi, sərhədboyu yolların, körpülərin çəkilməsi, başqa obyektlərin tikilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müddətsiz istifadəsinə həm sərhədboyu zolaqda, həm də onun hüdudların-dan kənarda 30—50 metr enində lazımi torpaq zolaqları, habelə Azərbaycan Respublikasının dövlət sərhədi boyunca 5 metrlik zolaq verir.