1) Sərhədboyu zonada daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının pasportunda daxili işlər orqanları xüsusi ştamp vururlar. Belə ştamp vurulmuş pasportu olan vətəndaşlar Azərbaycan Respublikasının ərazisində bütün sərhədboyu zonanın hüdudları daxilində hərəkət edə bilərlər;
2) ali, orta ixtisas və başqa təhsil müəssisələrinin sərhədboyu zonadakı yaşayış məntəqələrinin sakinləri olmuş tələbələri və şagirdləri bu yaşayış məntəqələrinə onların təhsil müəssisələrində oxumasını təsdiq edən sənədlər və yerli idarəetmə orqanlarının arayışlarına—sərhədboyu zonanın yaşayış məntəqələrindən onların təhsil almağa getdiyini təsdiq edən arayışlara əsasən gedirlər;
3) sərhədboyu zonaya girmək və orada olmaq hüququna dair buraxılışları daxili işlər orqanları Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə, onların şəxsi ərizələri, vəsatətləri və ya bu ərizələrin və vəsatətlərin əsaslı olduğunu təsdiq edən müvafiq sənədlər əsasında verirlər;
valideynləri ilə və ya müşayiətçi şəxslərlə birlikdə sərhədboyu zonaya gedən 16 yaşınadək uşaqlar bu şəxslərin buraxılışlarına daxil edilir;
4) sərhədboyu zonada yaşamayan vətəndaşlar qrupu sərhədboyu zonaya getdikdə onlar üçün buraxılış qrupun rəhbərinin adına verilə-bilər. Bu zaman buraxılışda onunla gedən şəxslərin sayı göstərilməlidir.
Belə hallarda onların getdiyi yerdəki əlaqədar müəssisələrin, idarələrin və ya təşkilatların vəzifəli şəxslərinin imzası və gerbli möhürü ilə təsdiqlənmiş və daxili işlər orqanlarında qeydə alınmış adbaad siyahılar buraxılışa əlavə edilir. Siyahılarda göstərilən şəxslər sərhədboyu zonaya onların şəxsiyyətini təsdiq edən sənədlərə əsasən daxil olurlar;
5) sərhədboyu zolaqda və dövlət sərhədi ilə sərhəd mühafizə orqanlarının texniki çəpər xətti arasındakı ərazi zolağında daimi yaşamayan şəxslər oraya yalnız istehsalat və ya xidmət zərurəti olduqda buraxılırlar. həmin vətəndaşların göstərilən yerlərə buraxılması və orada müvəqqəti qalması qaydasını, habelə orada sudan istifadə edilməsi, kənd təsərrüfatı işləri və başqa işlər görülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı yerli idarəetmə orqanları ilə razılığa əsasən müəyyən edir.
Müəssisələrin, idarələrin, təşkilatların rəhbərləri görüləcək işlərin vaxtı və yeri haqqında sərhəd mühafizə orqanlarına qabaqcadan məlumat verməli, müəyyənləşdirilmiş sərhədboyu rejimə işləyən vətəndaşlar tərəfindən əməl olunmasını təmin etməlidirlər;
6) sərhədboyu zonada yerləşən müəssisə, idarə, təşkilat rəhbərlərinin sərhədboyu zonaya daxil olmağa və orada yaşamağa icazəsi olmayan şəxsləri işə (götürməsi qadağandır;
7) sərhədboyu zonada yerləşən yaşayış məntəqələrinə müəyyən edilmiş qaydada ezam olunan vətəndaşlar həmin zonaya onların şəxsiyyətini təsdiq edən sənədlərə və ezamiyyət sənədlərinə əsasən gedirlər, həm də ezamiyyət sənədləri onların getdiyi yerdəki daxili işlər orqanlarında hökmən qeydə alınmalıdır;
8) hərbi qulluqçular və prokurorluq orqanlarının prokurorları, müstəntiqləri sərhədboyu zonaya onların şəxsiyyətini təsdiq edən sənədlərə və xidməti göstərişlərə, ezamiyyət və məzuniyyət sənədlərinə, yol vəsiqələrinə əsasən daxil olurlar;
9) müəssisələrin və təşkilatların yerli və beynəlxalq daşımaları həyata keçirən, yaxud dəmir yolların və şosse yollarının, müvafiq nəqliyyat vasitələrinin, habelə neft kəmərlərinin, qaz kəmərlərinin, rabitə və elektrik xəttlərinin təmirini və istismarını təmin edən daimi heyəti sərhədboyu zonaya xidmət zərurəti olduqda, bu heyət üçün müəyyən edilmiş əmək vəzifələri və iş sahələri (reyslər, marşrutlar) çərçivəsində, özlərinin xidmət vəsiqələrinə əsasən daxil olurlar;
10) sərhədboyu zonada yerləşən sanatoriyalara, istirahət evlərinə, pansionatlara, turist bazalarına və dikər müalicə-sağlamlaşdırma idarələrinə gedən vətəndaşlar onların şəxsiyyətini təsdiq edən sənədlərə və yaşayış yeri üzrə daxili işlər orqanlarında qeydə alınmış putyovkalara (kursovkalara) əsasən daxil olurlar;
11) Azərbaycan Respublikasında daimi yaşayan və ya respublikaya müvəqqəti kələn əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan. şəxslər ümumən müəyyən edilmiş qaydada sərhədboyu zonaya daxil olur və orada qalırlar;
12) nəqliyyat müəssisələri və təşkilatları şəxsiyyəti təsdiq edən sənədlər və sərhədboyu zonaya daxil olmaq hüququna dair buraxılışlar təqdim edildikdən sonra vətəndaşlara sərhədboyu zonada yerləşən məntəqələrə biletlər satır və xidməti yol sənədləri verirlər;
sərhədboyu zonaya daxil olmaq hüququna dair müvafiq sənədləri olmayan sərnişinlərə bilet satılmasına yol vermiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar;
13) sərhədboyu zonadan qatarlarda, avtobuslarda tranzitlə gedən sərnişinlərin tranzitlə keçib getdikləri sərhədboyu zonada dayanması qadağandır;
14) sərhədboyu zonada ov qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Sərhədboyu zolaqda, eləcə də Azərbaycan Respublikasının dövlət sərhədi ilə sərhəd mühafizə orqanlarının texniki çəpərlər xətti arasındakı ərazi zolağında ov etmək qadağandır;
15) sərhədboyu zolaqda və Azərbaycan Respublikasının dövlət sərhədi ilə sərhəd mühafizə orqanlarının texniki çəpər xətti arasındakı ərazi zolağında hər cür tikinti, meşəqırma və başqa işlər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir; Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə əsasən aparılan tikinti işləri və təbii fəlakətlərin ləğv edilməsi, xüsusilə təhlükəli yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülməsi ilə bağlı olan işlər istisna təşkil edir.
16) sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılması, mal-qaranın saxlanılması və otarılması, kütləvi-ictimai tədbirlərin keçirilməsi qadağandır.