Qanunvericilik › Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 38

Maddə 38. Azərbaycan Respublikası dövlət sərhədinin qorunmasında dövlət orqanlarının, ictimai təşkilat-ların və vətəndaşların iştirakı

Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət orqanları, ictimai təşkilatlar, vəzifəli şəxslər Azərbaycan Respublikası dövlət sərhədinin qorunmasında sərhəd mühafizə orqanlarına hərtərəfli kömək göstərməlidirlər.

Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikası vətəndaşlarının fəal iştirakı ilə qorunur. Dövlət orqanları və ictimai təşkilatlar Azərbaycan Respublikasının dövlət sərhədinin qorunmasına Azərbaycan Respublikası vətəndaşlarının könüllülük əsasında cəlb olunmasında sərhəd mühafizə orqanlarına kömək edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver