Qanunvericilik › Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40

Maddə 40. Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının dövlət sərhədini, sərhəd rejimini sərhədboyu rejimi və ya Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozmaqda və ya pozmağa cəhd göstərməkdə, yükləri, materialları, sənədləri və başqa əşyaları Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçirməkdə və ya qanunsuz keçirməyə cəhd göstərməkdə, habelə Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunvericiliyin başqa şəkildə pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə cinayət məsuliyyəti, inzibati və ya başqa məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti A.MÜTƏLLİBOV

Bakı şəhəri, 9 dekabr 1991-ci il

№ 13

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver