Qanunvericilik › Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Azərbaycan Respublikasının dövlət sərhədi rejiminin müəyyən edilməsi

Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının dövlət sərhədi rejimi—Azərbaycan Respublikası dövlət sərhədinin keçilməsi qaydasını, xarici dövlətə mənsub hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanına daxil olması və orada olması, xarici qeyri-hərbi gəmilərin və hərbi gəmilərin Azərbaycan Respublikasının ərazi sularında üzməsi və olması xarici qeyri-hərbi gəmilərin və hərbi gəmilərin Azərbaycan Respublikasının daxili sularına və limanlarına girməsi və orada olması, Azərbaycan Respublikası dövlət sərhədinin lazımın qaydada saxlanması, Azərbaycan Respublikasının dövlət sərhədində müxtəlif işlərin görülməsi, mədən fəaliyyəti və başqa fəaliyyət göstərilməsi qaydası bu Qanunla, Azərbaycan Respublikasının qanunvericilik aktları və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələr ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver