65-1.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları Mərkəzi Bankın bu Qanunda nəzərdə tutulmuş məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar aşağıdakı satınalmalarına şamil edilmir:
65-1.1.1. kağız və metal pul nişanlarının, o cümlədən yubiley və xatirə pul nişanlarının konsepsiyasının, dizaynının, mühafizə elementlərinin və digər texniki spesifikasiyalarının hazırlanması, istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi və keyfiyyət ekspertizasının aparılması ilə bağlı satınalmalar;
65-1.1.2. beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə bağlı satınalmalar;
65-1.1.3. nağd xarici valyutanın alınması və daşınması;
65-1.1.4. nəzarət subyektlərinə münasibətdə nəzarət, o cümlədən rezolyusiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı satınalmalar.