66.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
66.2. Bu Qanun qüvvəyə mindikdən dərhal sonra Mərkəzi Bank öz nizamnamə kapitalını mənfəəti hesabına, mənfəəti kifayət etmədikdə isə kapital ehtiyatları hesabına bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş həddə çatdırır.
66.3. Bu Qanunun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 172) və ona edilmiş bütün dəyişikliklər və əlavələr qüvvədən düşmüş hesab edilir.