Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-30

Maddə 1078-30. Diler fəaliyyəti

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-30.1. Diler fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

1078-30.2. Diler əvvəlcədən elan etdiyi şərtlərə uyğun gələn alqı-satqı müqavilələrinin bağlanmasından həmin şərtləri dəyişdirmək yolu ilə imtina edə bilməz.

1078-30.3. Diler fəaliyyətini tənzimləyən qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 10 7 8-31. Qiymətli kağızların idarə olunması üzrə fəaliyyət

1078-31.1. Qiymətli kağızların idarə olunması üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı idarəçi adlanır.

1078-31.2. İdarəçiyə idarə olunmaq üçün qiymətli kağızların və ya pul vəsaitlərinin verilməsi həmin qiymətli kağızlara və ya pul vəsaitlərinə mülkiyyət hüququnun keçməsinə səbəb olmur.

1078-31.3. İdarəçi ilə müştərisi arasında və ya idarəçinin bir neçə müştəriləri arasında maraqlar ixtilafı yarandıqda idarəçi bu barədə müştərilərinə dərhal məlumat verməlidir. Əks tədqirdə, bunun nəticəsində müştəriyə dəymiş zərər idarəçi tərəfindən ödənilməlidir.

1078-31.4. İdarəçinin öhdəlikləri üzrə tənbeh tədbirləri müştərinin idarə etməyə verilmiş əmlakına yönəldilə bilməz.

1078-31.5. İdarəçinin fəaliyyətini tənzimləyən qaydalar və idarəçi ilə müştərinin müqaviləsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver