1078-32.1. Klirinq fəaliyyətini yalnız hüquqi şəxslər (bundan sonra - klirinq təşkilatları) həyata keçirir.
1078-32.2. Qiymətli kağızlarla əqdlər üzrə hesablaşmaları həyata keçirən klirinq təşkilatlan qiymətli kağızlarla əqdlərin icra olunmaması risklərini azaltmaq üçün zəmanət fondu yaratmalıdır. Zəmanət fondunun minimal məbləği bağlanılacaq əqdlərin təmin edilməmiş hissəsindən az olmamalıdır.
1078-32.3. Klirinq fəaliyyətinin həyata keçirilməsinin qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.