5.0. Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri aşağıdakılardır:
5.0.1. vahid və mərkəzləşdirilmiş rəhbərlik;
5.0.2. hərbi quruculuq tədbirlərinə və fəaliyyətinə nəzarət;
5.0.3. beynəlxalq hərbi quruculuq təcrübəsindən səmərəli istifadə;
5.0.4. döyüşə və səfərbərliyə daimi hazırlıq;
5.0.5. döyüş potensialının müasir hərbi elmin və texnikanın ən yeni nailiyyətləri səviyyəsində saxlanılması, texniki bazanın daima yenilənməsi;
5.0.6. təşkilati strukturun, döyüş hazırlığının və say tərkibinin yerinə yetirilən vəzifələrə, beynəlxalq öhdəliklərə və Azərbaycan Respublikasının iqtisadi imkanlarına uyğunluğu;
5.0.7. Silahlı Qüvvələrin şəxsi heyətinin müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırışçılarla və həqiqi hərbi xidmətə könüllü daxilolma əsasında komplektləşməsi;
5.0.8. dövlət sirrinin qorunması;
5.0.9. hərbi intizamın möhkəmləndirilməsi, şəxsi heyətdə Azərbaycan Respublikasına, Azərbaycan xalqına, hərbi anda sədaqət hissinin, öz vətəninin tarixinə və ənənələrinə dərin məhəbbətin, vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılması, gənclərdə hərbi xidmətə marağın yüksəldilməsi;
5.0.10. qanunun aliliyi, humanizm, qanun qarşısında bərabərlik, insan və onun konstitusion hüquq və azadlıqlarına hörmət;
5.0.11. hərbi qulluqçuların və mülki işçilərin, onların ailə üzvlərinin sosial müdafiəsinin təmin edilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması;
5.0.12. Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılmasının və fəaliyyətinin qadağan edilməsi.