Qanunvericilik › Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Kredit müqaviləsi

Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. BOKT kreditlərin verilməsində şəffaflığı təmin etməli, borcalanları aldıqları kreditin dəyəri və kreditlə əlaqədar çəkəcəkləri xərclər barədə tam məlumatlandırmalıdır.

17.2. BOKT tərəfindən kreditlərin verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

17.3. Kredit müqaviləsi yazılı formada ən azı iki nüsxədə tərtib olunur və bir nüsxə borcalana verilir, digər nüsxələr isə BOKT tərəfindən kreditin rəsmiləşdirilməsinə dair sənədlər toplusuna əlavə edilir.

17.4. Birgə borcalanlar qrupu ilə bağlanılan kredit müqaviləsində qrupun bütün üzvləri barədə məlumatlar (adları, hüquqi ünvanları və s.) əks olunmalı və hər bir üzv üçün ayrıca nüsxə tərtib edilərək, onlara təqdim edilməlidir.

17.5. Borcalan bu Qanunun 17.2-ci maddəsində göstərilən şərtlərin kredit müqaviləsində əks etdirilməməsi nəticəsində ona dəyən zərərin ödənilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada BOKT-dən tələb edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver