21.1. BOKT-lər və onların filialları BOKT-nin lisenziyasını öz inzibati binasında aydın görünən yerdə yerləşdirməli və göstərdiyi maliyyə xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanılmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir.
21.2. BOKT öz fəaliyyəti haqqında haqsız, qeyri-dəqiq və gizli reklama yol verməməli və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun digər tələblərinə riayət etməlidir.
21.3. BOKT öz adının və ünvanının dəyişdirilməsi barədə ən geci 7 təqvim günü müddətində mediada məlumat dərc etdirməlidir.