3.1. BOKT öz fəaliyyətini bu Qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müstəqil həyata keçirir.
3.2. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, BOKT dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil və həmin orqanlar onun cari fəaliyyətinə müdaxilə edə bilməzlər.
3.3. BOKT dövlətin öhdəliklərinə, dövlət isə BOKT-nin öhdəliklərinə görə məsuliyyət daşımır.
3.4. BOKT tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə tutulan komisyon və xidmət haqlarının məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla BOKT ilə borcalan (xidmətlərdən istifadə edən) arasında bağlanılan müqavilə ilə müəyyən olunur.