4.1. BOKT-lər fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədilə birliklər və assosiasiyalar yarada bilərlər.
4.2. BOKT-lər rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişlər bağlamaq və razlılaşdırılmış əməliyyatlar aparmaq, o cümlədən faiz dərəcələrini və komisyon haqlarını müəyyən etmək üçün birlik və assosiasiyalardan istifadə edə bilməzlər. Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən rəqabət qanunvericiliyinin tələblərinə riayət etməlidilər.