Qanunvericilik › Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. BOKT-nin filialları və nümayəndəlikləri

Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. BOKT öz filiallarını və nümayəndəliklərini aça bilər.

9.3. BOKT-nin filialı və nümayəndəliyi əvvəlcədən Mərkəzi Banka yazılı məlumat verilməklə açıla bilər. Bu halda BOKT öz filialının və ya nümayəndəliyinin açılması barədə qərarın qəbul edildiyi gündən 5 iş günü müddətində Mərkəzi Banka yazılı məlumat verməlidir. Məlumatda qərarı qəbul edən idarəetmə orqanının adı, qərarın tarixi və nömrəsi, açılan filialın və ya nümayəndəliyin adı, onların ünvanı və rəhbərləri (ixtisası və iş təcrübələri) barədə informasiya əks olunmalıdır.

9.4. Filial və nümayəndəliklərin əsasnaməsi BOKT tərəfindən təsdiq edilir.

9.5. BOKT öz filialının və nümayəndəliyinin fəaliyyətinə və öhdəliklərinə görə tam məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver