57-4.1. Mərkəzi Bank müvəqqəti inzibatçının fəaliyyətinə nəzarəti aşağıdakı qaydada həyata keçirir:
57-4.1.1. müvəqqəti inzibatçının fəaliyyəti barədə məlumat tələb edir və hesabat alır;
57-4.1.2. müvəqqəti inzibatçıya bankın idarə edilməsi və bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar tövsiyələr və yazılı şəkildə icrası məcburi göstərişlər verir;
57-4.1.3. müvəqqəti inzibatçının təyinat müddətinin uzadılması barədə qərar qəbul edir;
57-4.1.4. müvəqqəti inzibatçının bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə baxır.
57-4.2. Müvəqqəti inzibatçının fəaliyyətinə Mərkəzi Bank tərəfindən aşağıdakı hallarda xitam verilir:
57-4.2.1. müvəqqəti inzibatçının təyinat müddəti bitdikdə;
57-4.2.2. bu Qanunun 57-4.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl xitam verildikdə;
57-4.2.3. ödəmə qabiliyyətini itirmiş bank məcburi ləğv edildikdə və ya müflis elan olunduqda;
57-4.2.4. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası başa çatdırıldıqda.
57-4.3. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası nəzərdə tutulan müddətdə başa çatdırılmadıqda və ya ödəmə qabiliyyətinin bərpası ilə bağlı tədbirlər nəticə vermədikdə, Mərkəzi Bank müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi və bankın lisenziyasının ləğvi barədə qərar qəbul edir.
57-4.4. Müvəqqəti inzibatçının fəaliyyətinə xitam verildikdən sonra o, yekun hesabatı 30 gün müddətində hazırlayıb Mərkəzi Banka təqdim edir.