Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 74

Maddə 74. Bankın səhmlərinin, aktivlərinin, öhdəliklərinin köçürülməsi və satılması

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

74.1. Maliyyə bazarlarının sabitliyinin təmin edilməsi və bankın dəyərinin onun kreditorları üçün artırılması məqsədilə Mərkəzi Bankın müraciətinə əsasən məhkəmə qərar qəbul edə bilər ki, bankın ləğvedicisi aşağıdakıları təmin etmək üçün Mərkəzi Bankın təklif etdiyi və məhkəmənin təsdiq etdiyi şərtlər əsasında bir və ya bir neçə əməliyyat aparsın:

74.1.1. bankın nizamnamə kapitalının hamısının və ya bir hissəsinin köçürülməsi və /və ya;

74.1.2. bankın aktivlərinin və öhdəliklərinin hamısının və ya bir hissəsinin birlikdə köçürülməsi və ya satılması.

74.2. Bu Qanunun 74.1-ci maddəsinə uyğun əməliyyatın aparılması üçün, bank müflis elan edildikdən sonra onun ləğv edildiyi anadək istənilən vaxt müraciət edilə və ona icazə verilə bilər. Bu barədə məhkəməyə təqdim olunmuş ərizəyə bir həftə ərzində baxılır və müvafiq qərar qəbul olunur.

74.3. Bu Qanunun 74.1-ci maddəsinə uyğun icazə verilmiş əməliyyatın aparılması üçün bankın səhmdarlarının və ya onun hər hansı idarəetmə orqanının razılığı tələb edilmir. Öhdəliklərin köçürülməsi müvafiq bildirişin mediada dərc edildiyi gündən sonrakı günün əvvəlindən bütün maraqlı tərəflər üçün qüvvəyə minir.

74.4. Bankın iflas proseduru çərçivəsində adi qaydada bank aktivlərinin satılmasına məhkəmənin qərarı tələb olunmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver