Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 75

Maddə 75. Əmlakın vəziyyətinə dair hesabat

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

75.1. Bankın müflis elan olunmasına dair məhkəmənin qərar qəbul edildiyi tarixdən 30 təqvim günü müddətində bankın ləğvedicisi məhkəməyə əmlakın vəziyyətinə dair hesabat təqdim edir. Hesabatda aşağıdakılar göstərilir:

75.1.1. bankın aktivləri, o cümlədən ödənilməmiş bank səhmləri barəsində bankın tələbləri, verilmiş kreditlər, o cümlədən qarantiyalar və təminatlar üzrə öhdəliklər, icra olunmamış alqı-satqı müqavilələri, habelə aktivlərin balans dəyəri və qiymətləndirilən satış (bazar) dəyəri;

75.1.2. bankın əmlakının başqa şəxslərin sahibliyində olmasına əsas vermiş müqavilələr, o cümlədən icarə, lizinq və girov (ipoteka) haqqında müqavilələr;

* (75.1.2-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

75.1.3. banka xidmətlər göstərilməsi haqqında müqavilələr;

75.1.4. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi gündən əvvəlki 90 təqvim günü ərzində, aidiyyətli şəxslərlə isə 1 il ərzində bankın bağladığı əqdlər;

75.1.5. bankın inzibatçıları tərəfindən bankın qəsdən müflisləşmə vəziyyətinin yaradılması, əmlakın və ya əmlak öhdəliklərinin, habelə onlar haqqında məlumatın gizlədilməsi, məhv edilməsi və digər qanunsuz hərəkətlər barədə aşkar etdiyi faktlar haqqında məlumat.

75.2. Hesabat hər rüb tərtib edilməlidir. Ümumi xarakter daşıyan məlumatlar bu Qanunun 77-ci maddəsinə uyğun hazırlanan təsdiqli tələblər siyahısına tələbləri daxil edilmiş bank kreditorlarına tanışlıq üçün təqdim edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver