18.0. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyələr və tibb müəssisələri öz səlahiyyətləri daxilində:
18.0.1. bədən tərbiyəsindən xəstəliklərin profilaktikası və müalicəsi vasitəsi kimi istifadə edirlər;
18.0.2. bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirirlər, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak edirlər;
18.0.3. xəstəliklərin profilaktikası və müalicəsində bədən tərbiyəsinin və idmanın əsas komponentlərindən səmərəli istifadə məsələlərini, həmçinin idman təbabəti, həkim nəzarəti və müalicə bədən tərbiyəsi sahəsi üzrə mütəxəssislərin hazırlığını və əlavə təhsilini təşkil edir və həyata keçirirlər;
18.0.4. vətəndaşlarla bədən tərbiyəsi-sağlamlıq işini təmin edən sağlamlaşdırma və reabilitasiya mərkəzləri və məntəqələri, diaqnostika-məsləhət məntəqələri və kabinetləri, tibbi-bədən tərbiyəsi dispanserləri yaradır və onları xüsusi cihaz və tibbi avadanlıqlarla təmin edirlər;
18.0.5. vətəndaşların sağlamlığının möhkəmləndirilməsi və sağlam həyat tərzinin formalaşdırılmasında bədən tərbiyəsi və idmanın imkanlarını təbliğ edirlər.