Qanunvericilik › Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsipləri

Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.0. Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

3.0.1. bədən tərbiyəsi və idman hərəkatının idarəetmə sisteminin yaradılması və təkmilləşdirilməsi;

3.0.2. vətəndaşların bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququnun təmin edilməsi və bu məqsədlə bərabər imkan və şəraitin yaradılması;

3.0.3. bədən tərbiyəsi və idman sahəsində beynəlxalq öhdəliklərə dövlət tərəfindən hörmətlə yanaşılması və riayət edilməsi;

3.0.4. əhalinin aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan təbəqələri arasında (çoxuşaqlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, əlilliyi olan şəxslər) bədən tərbiyəsi və idmanın inkişafının vacibliyi;

3.0.5. bədən tərbiyəsi və idman sahəsində dövlət orqanlarının və bələdiyyələrin, bədən tərbiyəsi və idman yönümlü ictimai birliklərin qarşılıqlı fəaliyyəti;

3.0.6. vətəndaşların müxtəlif yaş qruplarının həyat fəaliyyətinin bütün mərhələlərində bədən tərbiyəsinin fasiləsizliyi və ardıcıllığı;

3.0.7. bədən tərbiyəsi və idman sahəsində ayrı-seçkiliyin və zorakılığın yolverilməzliyi;

3.0.8. ölkə ərazisində əhalinin maraq göstərdiyi idman növlərinin, xüsusilə milli və olimpiya oyunları proqramlarına daxil edilmiş idman növlərinin inkişafının və kütləviliyinin artırılmasının dəstəklənməsi;

3.0.9. idman yarışlarının manipulyasiyasının yolverilməzliyi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver