Qanunvericilik › Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Milli yığma komandaların formalaşdırılması

Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. Müxtəlif idman növləri üzrə milli yığma komandalara namizəd idmançıların siyahıları hər il respublika idman federasiyaları tərəfindən müəyyənləşdirilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

30.2. Milli yığma komandalara namizəd idmançıların siyahılarının formalaşdırılmasının ümumi prinsip və meyarları, bu siyahıların təsdiq olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

30.3. Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq yarışlarda iştirakı zamanı elmi-metodiki və tibbi təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri və respublika idman federasiyaları tərəfindən həyata keçirilir.

30.4. Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq yarışlarda iştirakı elmi-kompleks qrupları tərəfindən işlənmiş və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş hazırlıq proqramları və planları əsasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver