8.0. Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman subyektləri aşağıdakılardır:
8.0.1. bədən tərbiyəsi və idman siyasətini həyata keçirən dövlət orqanları və bələdiyyələr;
8.0.2. mülkiyyət formasından asılı olmayaraq bədən tərbiyəsi-idman təşkilatları, o cümlədən respublika idman federasiyaları (assosiasiyaları), idman klubları, respublika bədən tərbiyəsi və idman veteranları şurası, bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən elm və təhsil müəssisələri;
8.0.3. Milli Olimpiya Komitəsi;
8.0.4. Paralimpiya Komitəsi;
8.0.5. Deflimpiya Komitəsi;
8.0.6. Xüsusi Olimpiya Komitəsi;
8.0.6-1. milli antidopinq qurumu;
8.0.6-2. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan səlahiyyətlərin həyata keçirilməsi məqsədi ilə yaradılmış intizam qurumu, apellyasiya qurumu və terapevtik istifadəyə icazə qurumu;
8.0.7. hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafını həyata keçirən dövlət orqanları;
8.0.8. həmkarlar ittifaqları təşkilatları;
8.0.9. idman arbitrajı;
8.0.10. bədən tərbiyəsi ilə məşğul olan şəxslər, idmançılar və onların kollektivləri (idman komandaları), idman hakimləri, məşqçilər, bədən tərbiyəsi və idman sahəsində digər mütəxəssislər.