Qanunvericilik › Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Əsassız varlanma

Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Əsassız varlanma nəticəsində yaranmış öhdəliklərə belə varlanmanın baş verdiyi dövlətin hüququ tətbiq olunur.

28.2. Özgənin əmlakına edilən qəsd nəticəsində yaranan əsassız varlanmaya qarşı iddiaya qəsdin baş verdiyi ölkənin hüququ tətbiq edilir. Əsassız varlanma anlayışı Azərbaycan Respublikasının hüququ ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver