Qanunvericilik › Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. İstehlakçıya dəyən ziyana görə məsuliyyət

Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.0. Malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar istehlakçıya dəyən ziyanın ödənilməsi haqqında tələbə istehlakçının seçimi əsasında:

27.0.1. istehlakçının yaşadığı və ya adətən olduğu ölkənin hüququ;

27.0.2. istehsalçının və ya xidmət göstərən şəxsin yerləşdiyi və ya yaşadığı ölkənin hüququ;

27.0.3. istehlakçının malı aldığı və ya ona xidmət göstərildiyi ölkənin hüququ tətbiq olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver