21.1. Dövlət büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata keçirir.
21.2. Dövlət büdcəsinin icrasına nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
21.3. Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılmaması və vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
21.4. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydaları pozulduqda müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirir.