Qanunvericilik › Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Müdafiə olunan şəxs barəsində olan məlumatların məxfiliyinin qorunması

Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Təhlükəsizliyi təmin edən orqanların qərarı ilə avtomat telefon rabitə sorğu xidmətinə, pasport-viza xidmətinə və ya digər müvafiq məlumat-sorğu xidmətlərinə müdafiə olunan şəxslərin yaşayış yeri barəsində və ya hər hansı digər məlumatların verilməsi müvəqqəti və ya daimi olaraq qadağan edilə bilər.

Müstəsna hallarda digər cinayət işinin və ya mülki işin icraatı ilə əlaqədar olaraq belə məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ibtidai istintaq orqanlarına və ya məhkəməyə təqdim edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver