Qanunvericilik › Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Başqa işə keçirmə, iş və ya təhsil yerini dəyişdirmə, başqa yaşayış yerinə köçürmə

Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Müdafiə olunan şəxslərin müraciəti və ya razılığı ilə həmin şəxslər müvəqqəti və ya daimi olaraq başqa işə keçirilə və ya başqa yaşayış yerinə köçürülə bilərlər, onların iş və ya təhsil yeri dəyişdirilə bilər.

Göstərilən tədbirlər müdafiə olunan şəxslərin mənzil, əmək, pensiya və digər hüquqları pozulmamaqla həyata keçirilməlidir.

Müvəqqəti olaraq başqa yaşayış yerinə köçürülən şəxslərin mülkiyyətində olan və ya daimi yaşayış yeri üzrə yaşayış sahəsi saxlanılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver