10.1. Xarici dövlət tərəfindən verilməsi sorğu edilən şəxsi Azərbaycan Respublikası ərazisində cinayət məsuliyyətinə cəlb olunmuşdursa, yaxud cəza çəkirsə, onun verilməsi cinayət tətbiqi başa çatana, yaxud təyin edilmiş cəza çəkilənədək təxirə salına bilər.
10.2. Verilmənin təxirə salınmasının səbəbləri haqqında Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən xarici dövlətin səlahiyyətli orqanına məlumat verilir.