Qanunvericilik › Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Verilməsi sorğu edilən şəxsin hüquqları

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Barəsində bu Qanunla nəzərdə tutulmuş verilmə tədbirləri həyata keçirilən şəxs təxirəsalınmadan vətəndaşı olduğu dövlətin rəsmi nümayəndəsi və ya bu qisimdə çıxış edən şəxslə əlaqə yaratmaq və onunla görüşmək hüququna malikdir.

9.2. Barəsində bu Qanunla nəzərdə tutulmuş verilmə tədbirləri həyata keçirilən şəxsi müdafiə və digər hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver