4.1. Xarici dövlətin sorğusuna əsasən verilən şəxs yalnız onun verilməsinə əsas olan cinayətin törədilməsinə görə həmin dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təqib edilə bilər.
4.2. Verilən şəxs verilmədən əvvəl törətdiyi və verilməyə əsas olmayan cinayətə görə Azərbaycan Respublikasının səlahiyyətli orqanının razılığı olmadan məsuliyyətə cəlb oluna, yaxud üçüncü dövlətə verilə bilməz.
Verilmə haqqında sorğuda nəzərdə tutulmayan əmələ görə şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına yalnız bu Qanunun 2-ci maddəsinin tələbləri nəzərə alınmaqla razılıq verilə bilər.
4.3. Verilən şəxs cəza çəkdikdən, yaxud qanunvericiliklə nəzərdə tutulmuş əsaslara görə cəza çəkməkdən azad edildikdən qırx beş gün sonra sorğu edən dövlətin ərazisini tərk etmədikdə, yaxud həmin ərazini tərk etdikdən sonra ortaya könüllü qayıtdıqda, onun cinayət məsuliyyətinə cəlb edilməsinə, yaxud üçüncü dövlətə verilməsinə Azərbaycan Respublikasının razılığı tələb olunmur. Verilən şəxsin üzürlü səbəblərdən sorğu edən dövlətin ərazisini tərk edə bilmədiyi vaxt göstərilən müddətə daxil edilmir.
Üçüncü fəsil
Ekstradİsİyanın prosedur qaydaları