Qanunvericilik › Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Şəxsin verilməsi haqqında sorğu

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Xarici dövlətin səlahiyyəti orqan tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli orqanına yazılı şəkildə təqdim olunan şəxsin verilməsi haqqında sorğuda aşağıdakılar göstərilməlidir:

5.1.1. sorğu edən xarici dövlətin səlahiyyətli orqanının adı;

5.1.2. sorğu edilən şəxsin adı, soyadı, atasının adı, doğulduğu tarix, vətəndaşlığı, daimi yaşayış yeri və ya olduğu yer, zahiri görkəminin təsviri, şəxsiyyətinin və vətəndaşlığının müəyyən edilməsi üçün zəruri olan digər məlumatlar;

5.1.3. verilməyə əsas olan cinayətin təsviri, törədildiyi vaxtı, yeri, digər faktiki halları, müvafiq qanuna istinad etməklə törədilmiş əməlin hüquqi tövsifi;

5.1.4. cinayət nəticəsində vurulmuş maddi ziyanın həcmi və başqa zərərli nəticələri;

5.1.5. mümkün olduqda sorğu edilən şəxsin fotoşəkli və əl barmaqlarının izləri.

5.2. Şəxsin verilməsi haqqında sorğuya onun məqsədləri nəzərə alınmağa aşağıdakı sənədlər əlavə edilir:

5.2.1. cinayətin törədilməsində ittiham olunan şəxs barəsində məhkəmə və ya başqa səlahiyyətli orqan tərəfindən çıxarılmış həbs qərarı və ya belə qərarın təsdiqlənmiş surəti;

5.2.2. verilməsi sorğu edilən şəxs məhkum olunmuşdursa qanuni qüvvəyə minmiş hökm və ya onun təsdiqlənmiş surəti verilməyə əsas olan cinayətə görə təyin edilən cəzanın çəkilməmiş hissəsi haqqında sənəd;

5.2.3. əməlin cinayət olmasını müəyyən edən, habelə cinayət məsuliyyətinə cəlb etmə və ya ittiham hökmünün icrası müddətlərinə aid olan sorğu edən dövlətin qanunlarının müvafiq maddələrinin tam mətni.

5.3. Azərbaycan Respublikasının səlahiyyətli orqanı sorğu daxil olduğu vaxtdan ən geci yeddi gün müddətində təqdim olunmuş sənədləri yoxlayır və onların bu Qanunun 5.1 və 5.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməməsinə müəyyən etdikdə, xarici dövlətin səlahiyyətli orqanına müvafiq sənədlərin təqdim olunması haqqında müraciət edir. Bu müraciətə bir aydan gec olmayan müddətdə cavab alınmalıdır. Zəruri hallarda xarici dövlətin vəsaitinə əsasən bu müddət əlavə bir ay uzadıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver