7.1. Coğrafi obyektlərin adlarının dəqiqləşdirilməsi zamanı tarixi, mədəni, etnik, dil və digər xüsusiyyətlər, habelə xüsusi elmi tədqiqatların nəticələri nəzərə alınmalıdır.
7.2. Coğrafi obyektlərin adlarının dəqiqləşdirilməsi "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
7.3. Azərbaycan Respublikasının ərazisindəki yol nişanlarında, reklamlarda, lövhələrdə və digər göstəricilərdə coğrafi obyektlərin adları dövlət dilində yazılır.
7.4. Azərbaycan Respublikasının ərazisindəki beynəlxalq avtomobil yollarındakı yol nişanlarında coğrafi obyektlərin adları dövlət dilindən başqa, beynəlxalq sazişlərə uyğun olaraq xarici dillərdə də yazıla bilər.