Qanunvericilik › Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotu

Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Coğrafi obyektlərin mövcud və yeni verilən adları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır və onların uçotu aparılır.

8.2. Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adlarının eyni cür və sabit işlədilməsinin təmin edilməsi və həmin adların qorunub saxlanılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən coğrafi obyektlərin adlarının dövlət kataloqu yaradılır.

8.3. Müvafiq icra hakimiyyəti orqanı coğrafi obyektlərin adları lüğətlərini və soraq kitablarını, habelə Azərbaycan Respublikasının xəritə və atlaslarını hazırlayır və nəşr edir.

8.4. Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotunun aparılması qaydası, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblər, coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver