Qanunvericilik › Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Coğrafi obyektlərin adlarının işlədilməsi və qorunub saxlanılması

Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Dövlət və yerli özünüidarə orqanları, hüquqi şəxslər, media subyektləri tərəfindən, habelə tədris, kartoqrafiya, soraq, ensiklopedik nəşrlərdə, elanlarda, reklamlarda, lövhələrdə, yol göstəricilərində, poçt göndərişlərində və digər sahələrdə coğrafi obyektlərin adlarına istinad edilərkən onların bu qanuna uyğun olaraq müəyyənləşdirilmiş adlarından istifadə edilməlidir.

9.2. Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adlarının təhrif olunmasına yol verilmir.

9.3. Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adları dövlət tərəfindən mühafizə olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver