Qanunvericilik › Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin icarəyə və istifadəyə verilməsinin şərtləri

Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyekti yalnız müsabiqə əsasında icarəyə verilə bilər. Müsabiqənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

28.2. Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektindən istifadəyə görə icarə haqqının məbləği “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

28.3. İcarəçi tərəfindən daha qısa müddət müəyyən edilməzsə, limanın dövlət mülkiyyətində olan əmlakının icarə müddəti 49 (qırx doqquz) il təşkil edir. Liman infrastrukturunun dövlət mülkiyyətində olan və daşınmaz əmlaka aid obyektinin icarəçisinin üzərinə belə icarəyə götürülmüş obyektin əsaslı təmirini öz hesabına həyata keçirmək vəzifəsinin qoyulması halında onun icarə müddəti 15 (on beş) ildən az ola bilməz.

28.4. Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektlərinin icarə və ya konsessiya müqaviləsinin əsas şərtləri aşağıdakılardır:

28.4.1. icarə obyektindən, konsessiya müqaviləsi obyektindən təyinatı üzrə istifadə;

28.4.2. icarə obyektindən, konsessiya müqaviləsi obyektindən istifadə olunmaqla göstərilən xidmətlərdən bərabər istifadə imkanı;

28.4.3. dövlət orqanları tərəfindən səlahiyyətlərinin maneəsiz həyata keçirmə imkanı.

28.5. İcarə obyektindən təyinatı üzrə istifadə edilmədikdə və ya icarə müqaviləsinin əsas şərtləri yerinə yetirilmədikdə, yaxud belə icarə obyektindən icarəçinin təqsiri üzündən istifadə olunmadıqda icarə müqaviləsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada xitam verilir.

28.6. İcarəçi icarəyə verənin razılığı ilə liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektini subicarəyə verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver