29.1. Bu Qanunun qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikasında liman statusuna malik limanlar onlara Azərbaycan Respublikasının Dəniz Limanlarının Reyestrində qeydiyyat nömrəsinin verilməsi tarixindən asılı olmayaraq, xidmətlərin göstərilməsi üçün açıq hesab edilir. Qeyd olunan limanlar haqqında məlumatlar bu Qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Dəniz Limanlarının Reyestrinə daxil edilir.
29.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sərhədləri müəyyən edilənədək, “limanın sərhədləri” dedikdə, limanın təşəkkül tapmış, “Dəniz limanı üzrə məcburi qaydalar”da göstərilən və ya “Dənizçilər üçün bildirişlər”də dərc olunan sərhədlər başa düşülür.