Dini qurumlar dövlətin, ictimai təşkilatların və ya vətəndaşların müqavilə əsasında onlara verdikləri binalardan və əmlakdan öz ehtiyacları üçün istifadə hüququna malikdirlər.
Dövlət mülkiyyətində olan dini təyinatlı binalar və digər əmlak dini qurumların əvəzsiz istifadəsinə verilə bilər.
Dini qurumlar dini təyinatlı binaların yerləşdikləri ərazi ilə birlikdə onlara, verilməsində üstünlük hüququna malikdirlər.
Dinə mənsub binaların və əmlakın dini qurumlara verilməsi barədə qərarlar müvafiq vəsatətin alındığı gündən etibarən ən geci bir ay müddətində qəbul edilir və bu barədə müraciət edənə yazılı şəkildə məlumat verilir.
Dini qurumlar torpaq sahələrindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq istifadə edirlər.