İcra və probasiya xidmətlərinin maliyyələşdirilməsi və maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və ədliyyə orqanlarının xüsusi xəzinə hesabına daxil olan vəsait hesabına həyata keçirilir.
İcra və probasiya xidmətlərinin maddi-texniki təminatının qaydası və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Keçİd müddəaları
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikası məhkəmələrində fəaliyyət göstərən ədliyyə polis bölmələri (qrupları) bu Qanunda nəzərdə tutulan icra xidməti təşkil edilənədək qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirirlər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri, 28 dekabr 1999-cu il
№ 782-IQ