16.1. Bu Qanunun 15-ci maddəsinə uyğun olaraq müsabiqədə iştirakla bağlı müraciət təqdim etmiş iddiaçıların ixtisas göstəriciləri bu Qanunun 11-ci maddəsinin tələblərinə uyğun olaraq səlahiyyətli orqan tərəfindən iddiaçıların əqli mülkiyyəti və kommersiya sirri qorunmaqla qiymətləndirilir.
16.2. İddiaçıların ixtisas uyğunluğunun qiymətləndirilməsinə dair bu Qanunun 11-ci maddəsində nəzərdə tutulanlardan başqa əlavə meyarlar, tələblər və prosedurlar nəzərdə tutula bilməz.