Qanunvericilik › Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Müsabiqənin şərtlər toplusu

Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Müsabiqənin şərtlər toplusuna aşağıdakı məlumatlar daxil edilir:

17.1.1. dövlət-özəl tərəfdaşlığı layihəsinin müfəssəl təsviri;

17.1.2. dövlət tərəfindən təqdim edilməsi nəzərdə tutulan dəstək və təminatlar;

17.1.3. dövlət-özəl tərəfdaşlığı layihəsinin xüsusiyyətləri və icra müddəti, icrasının ehtimal olunan nəticələri;

17.1.4. dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində yerli resurslardan (işçi qüvvəsi, mal, iş və xidmətlərdən) istifadəyə, onların yaradılmasına və ya inkişaf etdirilməsinə dair tələblər;

17.1.5. iddiaçıların layihə təkliflərinə dair tələblər;

17.1.6. iddiaçıların layihə təkliflərinin qüvvədə olma müddəti;

17.1.7. iddiaçıların layihə təkliflərinin təminatı (dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq təminatın forması, qüvvədə olma müddəti, geri qaytarılmadığı hallar);

17.1.8. müsabiqənin keçirilməsi qaydasının müfəssəl təsviri, layihə təkliflərinin qiymətləndirilməsi, müsabiqə qalibinin seçilməsi meyarları, hər bir meyarın xüsusi çəkisi;

17.1.9. dövlət-özəl tərəfdaşlığı müqaviləsinin bu Qanunun 22-ci maddəsində göstərilən əsas şərtləri;

17.1.10. layihə şirkətində dövlət tərəfdaşının iştirakı (qərar qəbul olunduqda), layihə şirkətinin iştirakçıları (səhmdarları) arasında müqavilənin əsas şərtləri.

17.2. Müsabiqə başlandıqdan sonra müsabiqənin şərtlər toplusunda dəyişikliklər edildikdə, müsabiqənin müddəti dövlət-özəl tərəfdaşlığı qaydalarında müəyyən edilmiş müddət daxilində uzadıla bilər. Belə dəyişikliklər barədə müsabiqənin bütün iddiaçılarına məlumat verilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver